“Crocus City Hall”dakı dəhşətli terrorda yaralananların bəzilərinin adları açıqlandı

Krasnoqorskda “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı zamanı yaralananların bəzilərinin adları məlum olub.

 

Rusiyanın Moskva vilayətinin Səhiyyə Nazirliyi bununla bağlı siyahı dərc edib.

 

Siyahıda 121 nəfərin adı qeyd olunub.

11:12

Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktı zamanı yaralananların sayı 360 nəfərə çatıb.

 

Bu barədə “112” “Telegram” kanalı xəbər verib.

 

Bundan əvvəl terror aktı nəticəsində 182 nəfərin yaralandığı bildirilmişdi.

 

Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb.

 

Terrorçular həbs olunublar.Onlar artıq sifarişçilər haqqında ifadə veriblər.

Mənbə

Share: