“Özümə qoyduğum qadağalarım var, sənətdə olmasaydım da, belə olacaqdım”-ÖZƏL

“Özümə qoyduğum qadağalarım var, sənətdə olmasaydım da, belə olacaqdım”-ÖZƏL

“Bizim vaxtımızda bir televiziyamız var idi. Teatrdan tanınmayanlar, televiziya tamaşalarından tanınıb, sevilirdilər. Tamaşaçılar da onlara görə teatra gəlirdilər. İndi imkanlar çoxdur. Sosial şəbəkələr, sosial platformalar var. Onların da hamısı ələkdir. Əsl sənətkar mənim aləmimdə odur ki, hər dövrdə sevilsin. Yeni nəsillər gəlir, onların da sevgisini qazanmaq lazımdır. Bu gün bir az bu çətindir. Gənclərin düçüncə tərzi, əyləncə mühiti başqadır”

 

 

Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, əməkdar artist Sənubər İsgəndərli deyib.
 

 

“Mən narazılıq etmək istəməzdim. Yenə də tamaşaçılarımız var, zallarımız doludur. Bir neçə aydan bir teatrımızda yeni-yeni tamaşalar hazırlanır. Bilmirəm, hansı teatrlar narazılıq edir, amma bizim teatrın zalları dolu olur. İnanın ki, hər tamaşamdan sonra daha çox gənclər mənə yaxınlaşır. Bu da məni çox sevindirir” deyə aktrisa bildirib.

 

Sənubər İsgəndərli gözəllik sirlərindən də danışıb.
 

 

“Baxımın, gözəlliyin heç bir düsturu yoxdur. Mən bu sənətdə olmasaydım da, belə olacaqdım. Sənətdəyəm, səhnədəyəm deyə belə deyil ki. Təbii ki, özümə qoyduğum müəyyən qadağalarım var. Artıq kilo ala bilmərəm, “o olmasın, bu olmasınlarım” var. Sonradan düşünürəm ki, mən sənətdə olmasaydım da bunlara diqqət edəcəkdim. Bu mənim içimdən gələn hissdir. Sənət, səhnə gözəllik, gənclik sevir. Çalışıram ki, nəinki xarici görünüşdə, dünyaya baxışda da, hansısa fikirdə də gənclərlə ayaqlaşım. Gənclərin nə istədiyini bilib, onlara yaxın olmaq lazımdır. Çünki onlar bizim sabahımızdır. Mənə elə gəlir ki, bunun üçün xüsusi bir şey lazım deyil. Sadəcə istək və sənəti, özünü sevmək, özünə hörmət etmək lazımdır. Özünə hörmət etməsən, sənə kim hörmət qoyar?! Özünü sevməsən, səni kim sevər? Zaman gedir, dayanmır” deyə sənətkar bildirib.

 

108877910887811088780

Mənbə

Share: