Sabirabadda evi yanan ailə kömək istəyir

Sabirabadın Qaratuğay kəndində yaşayan İsmayılovlar ailəsi evsiz qalıb.

 

Fevralın 28-də baş vermiş yanğın zamanı 170 kvadratmetrlik mənzil tamamilə yanıb.

 

Altı nəfərlik ailə bir aya yaxındır, aidiyyəti qurumlardan kömək istəyir.

 

“Qonşu zəng edib xəbər verdi ki, ev yanır. Pulumuz, sənədlərimiz hamısı yandı. Evdən heç nə çıxara bilmədik. Oğlumun ayağı da qırıldı. İcra hakimiyyətinə müraciət etdim. Söylədim ki, şəhid bacısı kimi gəlmişəm, mənə kömək edin. Dedilər ki, sənə ev tikməyə heç bir köməklik edə bilməyəcəyik”, – zərərçəkən Vəsilə İsmayılova hadisə barəsində danışarkən deyib.

 

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Mənbə

Share: