Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci Sessiyasında iştirak etmək məqsədilə Brüsseldə səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Avropa İttifaqının (Aİ) Vergi və Gömrük İttifaqının Baş direktoru Gerassimos Tomasla görüşüb.
Komitədən Moderator.az-a bildirilib ki, görüşdə çoxtərəfli və ikitərəfli platformalar üzrə gömrük məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, eləcə də ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətinin gücləndirilməsinin zəruriliyi qeyd edilib.
Görüşdə ölkəmizin Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov da iştirak edib.



