Tarixi sülh sazişinin imzalanması mümkündür

Tarixi sülh sazişinin imzalanması mümkündür

“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin imzalanması mümkündür”.

 

Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.

 

O bildirib ki, rəsmi London Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir.

 

C.Kleverli həmçinin rəsmi Bakının Ukraynaya humanitar dəstəyinin artırılması qərarına görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.

Mənbə

Share: