Türkiyə daha 4 ölkəyə “Anka” PUA-ları satacaq

Türkiyə daha 4 ölkəyə “Anka” PUA-ları satacaq

Türkiyə 2023-cü ilin sonunadək 4 ölkəyə “Anka” pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi PUA-ları istehsal edən TUSAŞ şirkətinin rəsmisinə istinadən məlumat yayıb.

 

Ölkələrin adlarını açıqlanmayıb. Qeyd edilib ki, növbəti il “Anka” müştərilərinin sayı daha artacaq.

 

Xatırladaq ki, bundan əvvəl PUA-ların Afrika, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinə tədarük edilməsi barədə müqavilələr imzalanıb.

Mənbə

Share: