Ukrayna və Danimarka hərbi satınalmalar sahəsində əməkdaşlıq edəcək

Ukrayna və Danimarka əməkdaşlıq memorandumu imzalayıblar və onlar bu çərçivədə Ukrayna Silahlı Qüvvələri üçün silah alacaqlar.

 

Moderator.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Təchizatları Agentliyi və Danimarka Müdafiə Nazirliyinin Təchizat və Maddi-Texniki Təchizat Təşkilatı arasında müdafiə təchizatı sahəsində anlaşma və əməkdaşlıq memorandumu imzalanıb”, – məlumatda deyilir.

 

Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov bu sazişin Ukrayna Silahlı Qüvvələrinə müasir silah və hərbi texnikanın tədarükü sahəsində əməkdaşlığı gücləndirəcəyinə ümid etdiyini bildirib.

Mənbə

Share: